Azərbaycan paytaxtında küləkli hava şəraiti proqnozlaşdırılır
- 20.07.2013, 18:50,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın 3 gün ərzində ölkə ərazisində müşahidə olunacaq hava şəraitini açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu və yağmursuz olacaq. Sabah paytaxtda mülayim şimal-şərq küləyi əsəcək. Lakin iyulun 22-də axşam və iyulun 23-də yenidən güclənən şimal-qərb küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu 29-34 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da yaxın 3 gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin iyulun 22-si gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarda 33-38, dağlıq ərazilərdə isə 23-28 dərəcə isti təşkil edəcək.