Azərbaycan I rübdə 101 mln. dollarlıq neft məhsulları ixrac edib

Bu ilin I rübündə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 201 940 ton həcmdə neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, verdiyi xəbərə görə, bu həcmdə neft məhsullarının dəyəri 100,987 mln. ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-mart ayları ərzində ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 27%, dəyəri isə 26% az olub.

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,25%olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri