Azərbaycan kərə yağı idxalını 24% azaldıb




Bu ilin yanvar-mart aylarında Azərbaycan 13,527 mln. ABŞ dolları dəyərində 2,649 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 7,165 mln. dollar (34,6%), həcm baxımından isə 0,83 min ton (23,9%) çoxdur.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağ məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,4%-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 3 aylıq ticarət dövriyyəsinin 4 484,55 mln. dolları ixracın, 3 135,58 mln. dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 43,1%, idxal isə 33,7% artıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri