Ceyhun Bayramov: "Azərbaycanda rus bölməsində təhsil alan şagirdlərin xüsusi çəkisi 8%-dən çoxdur"
- 19.04.2019, 22:36,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Rus dilində tədris aparılan məktəblərlə Azərbaycan dilində tədris aparılan məktəblər arasında fərqliliyin olduğu deyilir. İlk olaraq onu deyim ki, rus və Azərbaycan bölməsində tədris olunan dərsliklər eynidir”.
Bunu təhsil naziri Ceyhun Bayramov "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib.
Nazir rus və Azərbaycan bölməsində təhsillə bağlı danışarkən bunun sosial mediada müzakirə olunan mövzulardan biri olduğunu vurğulayıb: “Təəssüflər olsun ki, mənim feysbukda şəxsi hesabım yoxdur. Harda keyfiyyət göstəricisi yüksəkdir? Rus yoxsa, Azərbaycan bölməsində? Rus dilində tədris aparılan məktəblər Bakı və yaxın yerlərdə yerləşir. Son illər rus bölməsində təhsil alan şagirdlərin xüsusi çəkisi 8%-dən çoxdur. Bu rəqəm son illərdə dəyişməz qalıb. Rusdilli məktəblərdə rus dili xarici dil hesab olunmur".
Report