Sabah “Xəzər Lənkəran” “Fənərbaxça” ilə üz-üzə gələcək

Sabah “Xəzər Lənkəran” “Fənərbaxça” ilə üz-üzə gələcək “Xəzər Lənkəran” və “Fənərbaxça” klubları arasında baş tutacaq dostluq görüşü Lənkəran şəhər stadionunda keçiriləcək. Oyun “Xəzər Lənkəran” klubunun yaradılmasının 10 illiyinə həsr olunub. Görüşə maraq böyük olduğundan anşlaq gözlənilir.


“Xəzər Lənkəran” klubunun mətbuat katibi Hüseyn Cəbrailoğlunun ANS-ə verdiyi məlumata görə, “Fənərbaxça” klubunu gətirən təyyarə bu gun Lənkərana gəlir: ““Fənərbaxça” klubunu gətirən təyyarə bu gun saat 20.45 də Lənkəran hava limaninda olacaq. Türkiyə klubu 67 nəfərlik heyətlə ölkəmizə gəlir. Bu gun istirahət edəcək komanda sabah seher oyun öncəsi yüngül məşq edəcək. Oyuna maraq böyükdür ve biletler tükenmək üzrədir. Oyun bitən kimi də qonaq klub geriyə, Türkiyəyə dönəcək”.


Hüseyn Cəbrayıloğlunun sözlərinə görə, oyunu izləyənlər arasında “Fənərbaxça” klubunun başqanı Əziz Yıldırımla birlikdə “Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov da olacaq. “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak isə bu cür görüşlərin keçirilməsinin komandanın oyununa müsbət təsir edəcəyi qənaətindədir.


“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşakın ANS-ə verdiyi məlumata görə, hazırlığımız davam edir: “Yoldaşlıq görüşü bizim xeyrimizədir. Çünki mövsümlərarası hazırlıq dönəmində daha bir dostluq görüşü keçirmək çox önəmlidir. Xüsusilə “Fənərbaxça” kimi səviyyəli komandanin rəqib olmasi işimizə daha çox yarayir”.


Qeyd edək ki, “Xəzər Lənkəran” və “Fənərbaxça” klubları arasında baş tutacaq qarşılaşmanın start fiti sabah saat 21-də veriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri