Fransada Azərbaycan məktəbinin açılışı olub

Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub.

"Report" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov açılışda iştirak edib.

Məktəbdə 6-9 və 9-13 yaşlar üzrə iki sinif fəaliyyət göstərəcək. Uşaqlara Ana dili ilə yanaşı Azərbaycan tarixi, coğrafiyası, qəhrəmanları, ədəbiyyatı da tədris ediləcək. Məktəbə yazılan azərbaycanlı uşaqların sayı 20 nəfərdir və hazırda uşaq qəbulu davam edir.
Şərhlər
Sosial bölməsinin xəbərləri