Şri-Lankada silsilə partlayış qurbanlarının sayı 359-a çatıb



Şri-Lankada silsilə partlayış qurbanlarının sayı 359-a çatıb

Ötən bazar Şri-Lankada kilsə və otellərdə ard-arda törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 359 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Ada Derana" portalı məlumat yayıb.

Daha əvvəl 321 nəfərin öldüyü məlum idi.

Faktlarla bağlı 40 şübhəli şəxs saxlanılıb.

Partlayışlara görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
///

21:16 2019-04-21

Şri-Lankada bir neçə kilsədə və oteldə partlayışlar baş verib: 200 artıq ölü, yüzlərlə yaralı

Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı səkkiz partlayış baş verib.

Trend-in məlumatına görə, partlayışlar nəticəsində 215 nəfər həlak olub. Daha əvvəl 207 nəfərin öldüyü, 407 nəfərin yaralandığı bildirilirdi.

Bildirilir ki, ölənlər arasında azı 8 xarici ölkənin vətəndaşları olub.

Qeyd edək ki, ilk altı partlayış ölkənin paytaxtı Kolombo şəhərində yerləşən otellərdə və Kotexea, Neqombo və Battikaloa şəhərlərində yerləşən kilsələrdə törədilib. Yeddinci partlayış Dexivale şəhərində zoologiya bağı yaxınlığında, səkkizinci isə Demataqod şəhərində yaşayış kompleksinin ərazisində baş verib.



///

12:34


Şri-Lankanın Kolombo şəhərində 3 oteldə və 1 kilsədə, o cümlədən Neqombo və Bettikaloa şəhərlərində kilsələrdə partlayışlar baş verib.

Partlayışlar nəticəsində azı 160 nəfər həlak olub, 360 insan isə yaralanıb.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.


///

Şri-Lankanın paytaxtı Kolomboda 3 kilsə və 3 oteldə partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində azı 80 nəfər xəsarət alıb.

Bildirilir ki, yaralılar xəstəxanalara yerləşdirilib.

Partlayışların digər təfərrüatları barədə məlumat verilmir.




 
Şərhlər
Dünya bölməsinin xəbərləri