Bakıda kişini ürəyindən vuran şəxs təslim oldu
- 20.07.2013, 19:10,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının mərkəzində bir nəfəri ürəyindən vuran şəxs təslim olub.
Bakı şəhər Baş Polis İdarəsindən ANS-ə verilən məlumata görə, iyulun 19-da Nərimanov rayonu S.Quliyev küçəsində Bakı şəhər sakini Minas Əliyev Abşeron rayon sakini 1975-ci il təvəllüdlü Rahib Şahbazova bıçaq xəsarətləri yetirib. Nəticədə Rahib Şahbazov aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
M.Əliyev könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gələrək təslim olub.