Ukraynada bülletenlərin 95 faizindən çoxu sayılıb, Vladimir Zelenski qalibdir

 
Ukraynanın Mərkəzi Seçki Komissiyası ölkədə keçirilmiş prezident seçkisində səslərin 95,73%-ni hesablayıb.

"Report" xəbər verir ki, hesablamanın yekununa əsasən, namizəd Vladimir Zelensky 73,15% (12973916 səs) ilə liderlik edir.

Onun rəqibi, hazırkı prezidenti Petro Poroşenko isə səslərin 24,52%-ni (4350011 səs) toplayıb.

Eyni zamanda, MSK-nın sədr müavini Yevgeni Radçenko Ukraynanın "1+1" telekanalına nəticələrin aprelin 30-da açıqlanacağını bildirib.

Radçenko qeyd edib ki, elektron protokollar əsasında seçkilərin ilkin nəticələri iki-üç günə bəlli olacaq. Qanuna əsasən, MSK seçkinin rəsmi nəticələrini 2019-cu il mayın 1-dən gec olmayaraq açıqlamalıdır.

///

21:15 04/21/19

“Exit poll”: “Vladimir Zelenski qalib gəlir”


Ukraynada prezident seçkilərində səsvermə bitib.


Exit-poll-un qeyri-rəsmi nəticələrinə istinadən xəbər verir ki, seçiçilərin 75,8 faizi Zelenskiyə səs verib.

Hazırkı prezident Pyotr Poroşenko isə səslərin 24,2 faizini yığıb.

Qeyd edək ki, exit-polların ilk rəsmi nəticələri səslərin sayılması prosesi başlanılan kimi açıqlanacaq.
Şərhlər
Dünya bölməsinin xəbərləri