“Bura şou-biznesdi, soyunmaq lazımdı”
- 22.04.2019, 22:21,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Yeddi ildir ki, evliyəm. Bizi bacım tanış edib. Ortada hörmət, izzət var. Doğmalaşırsan. Ola bilsin ki, əvvəlki kimi tez-tez mesajlaşmayasan. İnanın, axırıncı dəfə Fəxrəddinin (həyat yoldaşı Fəxrəddin Musayev) mənə “Səni sevirəm” deməyi yadımda çıxıb”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam “ATV maqazin onlarla” proqramında deyib. Sənətçi “Onlarla 3 dəqiqə” rubrikasının 33 sualına cavab verərkən maraqlı fikirlər səsləndirib.
İfaçı Əməkdar artist Xumar Qədimova barədə də açıqlama verib: “Xumar Qədimova çox nazlıdır. Onun nazı xoşuma gəlir, kişi olsaydım onunla evlənərdim”.
Bundan əlavə, Xatirə açıq-saçıq geyimlərini tənqid edənlərə də cavab verib: “Bura şou-biznesdir, hər şey etmək, hərdən soyunmaq lazımdır. Geyimlərim tənqid olunanda əsəbiləşmirəm. Mənə isə hərdən dekolte yaraşır, hərdən isə yox”.