2025-ci ilə qədər alternativ enerjinin xüsusi çəkisi 25-30%-ə çatdırılacaq


Bu ilin mart ayında Yaşma külək elektrik stansiyasında 11 mln. kVt/saatdan artıq elektrik enerji istehsal edilib.

LİVE.az report-a istinadla xəbər ki, bunu "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, kuləkli hava şəraitindən asılı olaraq bu göstərici dəyişə bilər.

“Hazırda “Yaşma” stansiyasında 26 ədəd turbin istismar edilir və gələcəkdə onların sayının artırılması gözlənilir. Əldə olunan elektrik enerjisi ümumi sistemə ötürülür. Ümumiyyətlə, 2025-ci ilə qədər alternativ enerjinin ölkə üzrə ümumi elektrik enerjisi istehsalının 25-30%-ni təşkil edəcəyi gözlənilir. Hazırda bu rəqəm 1,7%-dir”, - T.Mustafayev qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri