Elman Rüstəmov: Manatın məzənnəsi sabit qalacaq



Azərbaycanda manata nisbətdə dolların məzənnəsinin qalxması üçün heç bir ilkin şərt yoxdur.

LİVE.az-ın Trend-ə istinadla verdiyi məlumata görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan neftinin bahalaşması beynəlxalq valyuta ehtiyatlarının artırılmasını təmin edir ki, bu da manatın məzənnəsinin sabitliyinə müsbət təsir göstərir:

“Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir, tədiyyə balansı profisitlidir”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri