Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 46 051,9 milyon ABŞ dolları təşkil edib.
LIVE.az report-a istinadla xəbər verir ki, bunun 87,45%-i və yaxud 40 273,3 milyon dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,55%-i və yaxud 5 778,6 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 1 911 milyon dollar və yaxud 4,3% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1758,1 milyon dollar və yaxud 4,6%, AMB-nin valyuta ehtiyatlarında isə 152,9 milyon dollar və yaxud 2,7% artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 2 912,2 milyon dollar və yaxud 6,75% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 2 641,6 milyon dollar və yaxud 7%, AMB-nin valyuta ehtiyatları isə 270,6 milyon dollar və yaxud 4,9% artıb.
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) | |
01.04.2019 | 40 273,3 | 5 778,6 | 46 051,9 |
01.01.2019 | 38 515,2 | 5 625,7 | 44 140,9 |
01.10.2018 | 38 987,7 | 5 534,5 | 44 522,2 |
01.07.2018 | 38 036,1 | 5 512,7 | 43 548,8 |
01.04.2018 | 37 631,7 | 5 508,0 | 43 139,7 |