"Formula 1" üzrə SOCAR Azərbaycan Qran-prisində birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın "Williams" komandasının pilotu Corc Rassellin idarə etdiyi bolidin trasdakı kanalizasiya lyukunun qapağına ilişərək zərər görməsi müzakirələrə səbəb olub.
LİVE.az report-a istinadla xəbər verir ki, bu insident "Formula 1" tarixində ilk hal deyil. Əvvəlki illərdə də lyukla bağlı analoji qəzalar qeydə alınıb. Onlardan bəzilərini diqqətinizə çatdırırıq:
1990-cı il, Monreal Qran-prisi: "Bryün" komandasının pilotu Xesus Pareya yarış vaxtı lyukun üzərindən keçən zaman qapaq tərpənir və bolidi kənara atır. Maşının çevrilməsindən sonra yanacaq çəni dağılır və yanğın baş verir. Xəsarət alan olmasa da, trası tüstü bürüyür.
2005-ci il, Çin Qran-prisi: Xuan Pablo Montayo yarış vaxtı lyukun üzərindən keçən zaman bolidi ciddi zərbə alır. Kolumbiyalı pilot yoluna davam edə bilsə də, 8 dövrə sonra "McLaren"nin motoru sönür.
2010-cu il, Monako Qran-prisi: "Williams" komandasının pilotu Rubens Barrikello yarış vaxtı lyuku
2010-cu il, Monako Qran-prisi: "Williams" komandasının pilotu Rubens Barrikello yarış vaxtı lyukun üzərindən keçən zaman qapaq yerindən oynayır. Nəticədə braziliyalının bolidinin arxa hissəsi və təkəri sıradan çıxır və o, yoluna davam edə bilmir.
2016-сı il, Monako Qran-prisi: "Mercedes"in pilotu Niko Rosberq sərbəst yürüşdə lyukun üzərindən keçən zaman faciəyə səbəb ola biləcək hadisə baş verir. Lyukun bir hissəsi qoparaq arxadan gələn Censon Battona tərəf uçur. Xoşbəxtlikdən çuqun parça pilotun başına deyil, "McLaren" bolidinin qabağına dəyir.
2017-ci il, Malayziya Qran-prisi: Sərbəst yürüş zamanı "Mercedes"in pilotu Valterri Bottas trasın kənarındakı qırmızı xəttin üzərindəki drenaj çərçivəsini tərpədir. Onun maşını zərər görməsə də, arxadan gələn Romen Qrojanın idarə etdiyi "Haas" boldinin arxa sağ təkəri sıradan çıxır.
Qeyd edək ki, bu gün SOCAR Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş və sıralama turu olacaq. Bazar günü isə yarış baş tutacaq.