Məşhurlarımızın ucuz geyimləri - FOTO




Gözəllik ondur, doqquzu dondur. Bu kəlamı elə-belə söyləməyiblər. Çünki gözəl görünməklə yanaşı, zövqlə geyinmək də çox önəmlidir. Zövq olduqdan sonra isə alınan ucuz geyimi də bahalı kimi təqdim etmək olar. Necə ki, bunu bizim məşhurlar edir.

LIVE.az-ın məlumatına görə, bunu oxu.az instagram” populyarlıq qazanan “Kim haradan geyinir?” səhifəsinə istinadən ulduzların ucuz qiymətə alıb, bahalı kimi qələmə verdikləri geyim və aksesuarlarını təqdim edir.

Xalq artisti Aygün Kazımova təkrarolunmaz imici və bahalı geyimləri ilə hər zaman göz qamaşdırır. Lakin o, arada-sırada “massmarket”ə də müraciət edir.


Kazımova aşağıdakı geyimində belini “Zara” brendinə məxsus 59 manatlıq miniatür çanta ilə bəzəyib.

Müğənni Günay İbrahimli zövq və dəblə geyinən ulduzlardandır. Günay bahalı butiklərdən alış-veriş etsə də, onun da seçimi çox vaxt “massmarket” olur.

Məsələn, ağ uzun ətək geyinən İbrahimli kombinini “Zara”nın 79 manatlıq botları ilə tamamlayıb. 

Sənətçinin növbəti göz qamaşdıran “look”u da “Zara”dandır. Gümüşü topun qiyməti 79 manatdır. 

Günayın bir başqa geyimi isə “Pull and Bear” brendinə məxsus, 35 manatlıq, qara yazılı printlərlə bəzədilmiş köynəkdir.

Müğənni Roza Zərgərli də həmkarları kimi qiyməti əlçatan geyimlərdən istifadə edir. Fotoda Zərgərli “Zara” brendindən yararlanıb.

Sənətçi dəyəri 79 manat olan, boğazlı, ağ, uzun dondan istifadə edib.

Müğəni Sevda Yahyayeva dəblə geyinən məşhurlardandır. O, uzun açıq qəhvəyi gödəkçəsini “Bershka” brendinə məxsus 89 manatlıq qara botlarla tamamlayıb. 

Sevdanın digər “look”u da maraqlı və fəqlidir. Sənətçi incə ayaqlarını “Zara”dan olan 125 manatlıq botlarla bəzəyib. 

Aktrisa Pərvin Abıyevanın da seçimi “massmarket”dir. Pərvinin geyindiyi açıq çəhrayı tulum və bluz “Zara” brendinə aiddir. Tulumun qiyməti 89, bluzun qiyməti isə 79 manatdır.

Xanəndə Gülay Zeynallının qarderobuna nəzər saldıqda onun da bir çox geyimlərinin bahalı olduğu gözə çarpır.

Lakin sənətçi ara-sıra yolunu “massmarket” dən salır. Gülayın “Massimo Dutti” brendinə məxsus, boz, üzəri uzun qara zolaqlarla bəzədilmiş şık kostyumunun ümumi qiyməti 428 manatdır. Şalvarın giyməti 179 manat, pencək isə 249 manatdır.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri