Azərbaycan kubokunun finalında "böyük oyun"
- 25.04.2013, 01:29,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycan kubokunun ½ final mərhələsinin cavab oyunları keçirilib.
Trend-in məlumatına görə, "Qarabağ" ilk oyunda 1:2 hesabı ilə məğlub olduğu "Neftçi"ni qəbul edib.
Matçda ilk qol Ağdam təmsilçisindən gəlib: 41-ci dəqiqədə Riçard Almeyda penaltidən dəqiq yararlanıb. Cəmi bir dəqiqə sonra "Neftçi"nin heyətində Elvin Yunuszadə bərabərliyi təmin edib (1:1).
76-cı dəqiqədə isə Nikolas Kanales ikinci topu "Qarabağ"ın qapısından keçirib. Lakin 10 dəqiqə sonra Emeka Opara hesaba yenidən tarazlıq gətirib (2:2). Matç elə bu hesabla da başa çatıb.
Digər oyunda "Xəzər Lənkəran" "Bakı"nı qəbul edib. Səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olan Lənkəran təmsilçiləri matçın birinci hissəsinə əlavə olunmuş vaxtda önə keçiblər: Ağabala Ramazanov fərqlənib. 81-ci dəqiqədə isə Rahid Əmirquliyev "Xəzər Lənkəran"ı finala aparan qola imza atıb (2:0).
Beləliklə, Azərbaycan kubokunun finalında "Neftçi" və "Xəzər Lənkəran" klubları qarşılaşacaqlar.