Barak Obama:“Öldürülən mən də ola bilərdim”

ABŞ prezidenti Barak Obama Florida məhkəməsinin qaradərili gənc Trayvon Martini öldürən ispan Corc Zimmermanı günahsız olduğuna qərar verib azadlığa buraxmasından sonra ilk dəfə ilk dəfə danışıb. ANS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Obama məsələ ilə bağlı maraqlı açıqlamalar edib:

“Bilirsiz ki, Trayvon Martin ilk vurulduğunda, “o mənim oğlum da ola bilərdi” demişdim. Bu, 35 il əvvəl olsaydı Trayvon Martin mən də ola bilərdim deməyin başqa bir formasıdır. Bu ölkədə, mən də daxil olmaqla, bir mağazadan alış-veriş edərkən təqibedilmək təcrübəsinə sahib olmayan çox az qaradərili var”.

Qeyd edək ki, Corc Zimmermanın Trayvon Martini öldürməsinə baxmayaraq azadlığa buraxılmasından sonra, ölkədə qaradərililər ayağa qalxıb, irqçilik müzakirələri yenidən alovlanıb. Bir çox şəhərdə aksiyalar keçirilib. Məsələ ABŞ-ın gündəmində qalmağa davam edir.
Şərhlər
Dünya bölməsinin xəbərləri