Göygöldə 8 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı cinayət işi açılıb
- 29.04.2019, 22:14,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Göygöl rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.
LİVE.az-ın report-a istinadla verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə Daşkəsən rayon sakinləri olan iki ailənin üzvləri və yaxın qohumları, ümumilikdə, 8 nəfər ölüb, 1 nəfər yaralanıb.
Qəza zamanı yaralanan, 1991-ci il təvəllüdlü Ruhiyyə Ramiz qızı Həsənovanın müalicəsi isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində davam edir və vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.
Artıq meyitlər ailələrinə təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (nəqliyyatda iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.