Azərbaycanda “Halal” sertifikatının verilməsinə dair mexanizm formalaşdırılacaq



Azərbaycanda “Halal” sertifikatının verilməsinə dair mexanizmlər formalaşdırılacaq və tətbiqi həyata keçiriləcək.

LIVE.az-ın report-a istinadla verdiyi xəbərə görə, bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Sənədə əsasən, bu işlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi ilə birgə həyata keçirilməlidir.

Qafqaz Müsəlmanları İdarəsinin də mexanizmin hazırlanmasında iştirakı tövsiyə olunub.

Sənədə əsasən, mexanizmlərin formalaşdırılması 2020-ci ildə yekunlaşmalıdır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri