ABŞ-in Federal Ehtiyatlar Sistemi baza faiz dərəcəsini əvvəlki səviyyədə saxlayıb
- 02.05.2019, 00:08,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) baza faiz dərəcəsini 2,25-2,5% səviyyəsində saxlayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə FES-in press-relizində deyilir.
Qərar analitiklərin əksəriyyətinin proqnozları ilə üst-üstə düşüb.
Mart ayında keçirilmiş ötən iclasında tənzimləyici həmçinin dərəcəsinin səviyyəsini dəyişməyib. 2018-ci ildə FES faiz dərəcəsini dörd dəfə - mart, iyun, sentyabr və dekabr aylarında artırıb. Sonuncu dəfə faiz dərəcəsi ötən ilin dekabrında 0,25 faiz bəndi artırılıb - 2-2,25 faizdən 2,25-2,5 faizə qədər.