Zəlzələ baş verən rayonların icra başçıları sığorta şirkətlərinə çağırış ediblər

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinə müraciət ediblər.

"Report"un xəbərinə görə, İsmayıllı rayonunda fevralın 5-də Ağsu, İsmayıllı, Şamaxı rayonlarında baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərə dair 3 aylıq hesabat brifinqində bildirilib ki, sığorta şirkətləri daşınmaz əmlakın sığortalanmasında maraqlı olmalıdır.

Qeyd olunub ki, Prezident İlham Əliyev zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində tapşırıq verib.

"Yaxşı olardı ki, həmin evlər sığortalı olsun. Şirkətlər müəyyən təkliflərlə çıxış etməlidirlər. Elə evlər var ki, onların sənədləri yoxdur. Bu da müəyyən problemlər yaradır. Əmlak Məsələləri Dövlət Komitəsi "ASAN xidmət" vasitəsilə sənədləşmə işlərində addımlar atmalıdırlar. Sənədləşmə məsələsi həll edildikdən sonra problemlər aradan qaldırılmış olacaq", - konfransda bildirilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri