Bakının Baş planı hazırlanarkən sakinlərin rəyi nəzərə alınacaq - Komitə rəsmisi
- 07.05.2019, 18:36,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İnsanların Bakını gələcəkdə necə görmək istəyi barədə əldə edilmiş məlumatlar Baş plan üzərində davam edən işin növbəti mərhələsində nəzərə alınacaq.
LİVE.az Trend-ə istinadla məlumat verir ki, bunu Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru, Azərbaycan Memarlıq İttifaqının Şəhərsalma üzrə Yaradıcılıq Komissiyasının sədri İlqar İsbatov Memarlar İttifaqı İdarə Heyətinin Bakı Şəhər Icra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə "Bakının şəhərsalma inkişafı" mövzusunda keçirdiyi plenumda deyib.
İ.İsbatov əlavə edib ki, Bakının İnkişaf Konsepsiyası işlənərkən həm yerli mütəxəssislər, həm də şəhər sakinləri arasında sorğular aparılıb. Bununla da insanların yaşadıqları şəhərə münasibəti, onların nədən narahat olduqları və nəyi bəyəndikləri öyrənilib.