Gələn il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək



"Bakı Metropoliteni"nin Xocahəsən deposunun layihələndirmə işləri davam edir.

LİVE.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, 2020-ci ildə Bənövşəyi xəttin üçüncü stansiyası istifadəyə veriləcək:

"Həmin 3-cü stansiyanın arxasında qatarın bir yoldan digər yola keçməsini təşkil edən "dönmə kamerası" adlanan infrastruktur qurulacaq. Bu isə həm hərəkət qrafikini təşkil etmək baxımından qatarların sayının artırılması, həm də Xocahəsən deposunun qismən istifadəyə verilməsini tələb edən prosesdir. Deponun həmin hissəsinin layihələndirilməsi işləri sürətlə davam edir".

Metropoliten sözçüsü deyib ki, bu il "Avtovağzal" stansiyasından Xocahəsən deposuna ikinci tunelin inşası da həyata keçiriləcək:

"2018-ci ildə bu tunellərdən biri inşa olunmuşdu. Yaxın aylarda digər tunelin də inşası tamamilə başa çatdırılacaq, yol və digər infrastruktur işlərinin aparılmasına başlanılacaq".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri