Şri-Lanka hakimiyyəti terror aktlarının bütün təşkilatçılarını saxlayıb
- 07.05.2019, 18:48,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şri-Lanka hakimiyyəti, 21 aprel tarixində ölkədə yaşanan terror hücumlarının bütün ehtimal edilən təşkilatçılarının, eləcə də bu partlayışların təşkili ilə birbaşa əlaqəli olan bütün şəxslərin saxlanılmasını və ya məhv olduğunu açıqladı.
Trend-in məlumatına görə, bu barədə baş polis müfətişinin vəzifəsini icra edən Çandana Vikramaratna deyib.
Vikramaratna həmçinin qeyd edib ki, ölkənin təhlükəsizlik qüvvələri ekstrimistlərə qarşı apardıqları əməliyyat zamanı terror aktlarının gələcəkdə təşkil etmək məqsədilə bomba istehsalı üçün terrorçuların istifadə etmək istədikləri materialları müsadirə ediblər.
Şri-Lanka prezidenti Maytripala Sirisena bəya edib ki, o zaman ölkədə bir sıra terror aktlarının keçirilməsində əlaqəli olan 25-dən 30-a qədər nəfər azadlığda ola bilərdi.