Bu günədək Azərbaycanda hasil olunan neftin həcmi açıqlanıb



Bu günədək Azərbaycanda 2,058 milyard ton neft hasil olunub.

LİVE.az yerli mediaya istinadla verdiyi məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, bu həcmdən 746 milyon tonu müstəqillik bərpa olunduqdan sonra hasil edilib:

“Hər gün Azərbaycanda 770 min barelə yaxın neft hasil olunur”.

Nazir qeyd edib ki, Azərbaycan dünya neft bazarında mühüm yer tutur və Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə ilə də neft tədarük edir:

“Şahdəniz” yatağında qaz hasilatının başlaması ilə Azərbaycan qaz hasil edən ölkəyə çevrilib. Bundan başqa, Azərbaycan 2020-ci ildən “Cənub Qaz Dəhlizi” vasitəsi ilə Avropanı qazla təmin edəcək”.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri