Yaponiyada "Aso" bir ayda dördüncü dəfə püskürdü




Yaponiyanın Küsü adasında "Aso" vulkanı yenidən püskürməyə başlayıb.

Trend-in məlumatına görə bu, son bir ay ərzində dördüncü püskürmə olub. Sonucu püskürmə mayın 3-də qeydə alınmışdı.

Hazırda vulkanın püskürməsi ilə əlaqədar fəsadların olub-olmaması barədə məlumat verilməyib.

Bununla belə, vulkanın bir neçə kilometrlik radiusunda təxliyə zonası elan edilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri