UEFA prezidenti: "Avropa Liqasının finalı Azərbaycan üçün də xüsusi hadisənin olacağını vəd edir"



UEFA prezidenti Aleksander Çeferin Bakıda keçiriləcək Avropa Liqasının final matçına vəsiqə qazanan İngiltərənin "Arsenal" və "Çelsi" komandalarını təbrik edib.

Bu barədə sloveniyalı funksionerin qurumun rəsmi saytında yer alan açıqlamasında bildirilir. Çeferin həlledici qarşılaşmada Londonun iki komandasının üz-üzə gəlməsini xüsusi hadisə adlandırıb: "Bu görüş təkcə onların azarkeşləri üçün deyil, təşkilatçı Azərbaycan adına da xüsusi hadisənin olacağını vəd edir".

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 23:00-da başlayacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri