Mobil operatorların üzərinə yeni vəzifə qoyulur

Azərbaycanda mobil operator və provayderlərin üzərinə yeni vəzifə qoyulur. 

Trend-in məlumatına görə, bununla bağlı məsələ “Telekommunikasiya haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanunun 33-cü maddəsinə (Operatorların və provayderlərin vəzifələri) təklif edilən yeni bəndə əsasən, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı zamanı mobil nömrənin identifikasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusuna real vaxt rejimində cavab vermək vəzifəsi müəyyən edilir.

Dəyişikliyin məzmunu ondan ibarətdir ki, kommersiya hüquqi şəxslərin qeydiyyatını bir pəncərə sistemi əsasında həyata keçirən Vergilər Nazirliyi sorğu verərkən mobil telefon operatorları məhdud məsuliyyətli cəmiyyətin və onun təsisçilərinin təqdim etdikləri mobil nömrələrin həmin şəxslərə məxsusluğu barədə məlumatı verməkdən imtina etməsin və bu məlumatı vermək operatorların vəzifələri sırasına daxil edilsin.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri