Bakının nəhəng "Mərkəzi Parkı"nın 1-ci hissəsi bu ay istifadəyə veriləcək



Bakı Mərkəzi Parkının 1-ci hissəsi bu ilin mayında şəhər sakinlərinin istifadəsinə veriləcək.

Bu barədə "SkyscraperCity Azerbaijan" səhifəsində qeyd olunub.

Parkın 1-ci hissəsi yerüstü piyada keçidləri və zolaqların biləşdirdiyi 6 hissədən ibarət olacaq. Burada şəhər sakinləri və qonaqlar üçün bir neçə istirahət və əyləncə yerləri təqdim olunacaq.

Qeyd edək ki, Bakının “Sovetski” kimi tanınan ərazisində söküntü işləri başa çatdıqdan sonra 2016-cı ilin avqustundan yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması layihəsi çərçivəsində bir çox işlər görülüb. Həmin layihələrdən ən əsası "Sovetski"nin yerində salınan şəhərin böyük parklarından biri olacaq.

Layihə üzrə 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri aparılıb. Bu çərçivədə Təzə Pir məscidi kompleksinin qarşısında 12,9 min kv.m sahədə 347 yerlik yeraltı avtomobil dayanacağı tikilib. Füzuli, Mirzəağa Əliyev və Abdulla Şaiq küçələri üzərindən piyada korpülərinin tikintisi başa çatıb, həmçinin parkda ərazi boyunca ağaclar əkilib.



Trend
Şərhlər
Sosial bölməsinin xəbərləri