İhamə Quliyevanın mətbuat katibindən açıqlama

Azərbaycanın xalq artisti İlhama Quliyevanın mətbuat katibi Faiq Ələkbərli jurnalistlərə yazılı müraciət edib. Məktubu olduğu kimi oxucularımıza təqdim edirik:

“Son vaxtlar bəzi internet portallarında mənim adımdan həqiqətəuyğun olmayan açıqlamalar yerləşdirilir.

Hörmətli jurnalistlər, nəzərinizə çatdırmaq istəyirəm ki, mən İlhamə xanımın mətbuat katibi kimi hər hansı bir xəbəri yaymamışdan əvvəl ilk olaraq jurnalistlərin özləri ilə telefon əlaqəsi saxlayır və təmsil etdiyi sayta, qəzetə şəxsi elektron poçt ünvanımdan məktub göndərirəm.

Bir neçə dəqiqə sonra zəng edib məktubun çatıb-çatmaması ilə maraqlanıram. Xahiş edirəm ki, mənbəyi bəlli olmayan məktublar, məlumatlar mənim adımdan yayılmasın. Əks təqdirdə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəm.

KİV qaydalarına əsasən, jurnalist verilən məlumatın mənbəyini və doğru olub-olmadığını araşdırmalıdır. Hörmətli jurnalistlər, əgər sizə mənim adımdan məlumat çatdırılsa, telefonuma zəng etməklə xəbərin düzgün olub-olmadığını soruşun".
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri