Azərbaycanda üç ayda 30 mindən çox körpə doğulub



Bu ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32 402 doğulan körpə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə bu göstərici 13,3 təşkil edib.

Məlumata görə, doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır.

Qeyd edək ki, körpələrin 708-i əkiz, 27-si isə üçəm doğulmuşdur.
Şərhlər
Sosial bölməsinin xəbərləri