Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qalib komandaları mükafatlandırılıbBakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Avropa çempionatının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Mükafatlar beş və beş lentlər qrup hərəkətləri üzrə qaliblərə verilib.
Beş halqa ilə hərəkətlərdə Avropa çempionu adını Rusiya komandası (24.450 xal) qazanıb. Ukrayna komandası (23.400 xal) gümüş, Belarus komandası (23.250 xal) bürünc medallara sahib olub.
Mükafatları Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsinin üzvü Paolo Frizinq, UEG-in bədii gimnastika üzrə texnki komitəsinin üzvü Pankrasiya Sirvent Mut və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim edib.
Beş lentlə hərəkətlərdə Rusiya komandası (21.000 xal) qızıl, İsrail komandası (19.900 xal) gümüş, Belarus komandası (19000 xal) bürünc medal qazanıb.
Mükafatları Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, UEG-in bədii gimnastika üzrə texnki komitəsinin rəhbəri Mariya Petrova və Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev təqdim edib.
////
Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı keçirilirBakıda Milli Gimnastika Arenasında Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı başlayıb.
Trend-in məlumatına görə, bu gün mübarizə altı komplekt medallar uğrunda aparılacaq (fərdi hərəkətlər üzrə dörd medal, qrup çıxışları üzrə isə iki medal).
Çempionatın sonuncu günündə əvvəlcə gənclərdən ibarət qrup hərəkətləri komandaları 5 halqa və 5 lentlə yarışların finalında güclərini sınayacaq. Sonra böyük gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər üzrə medallar uğrunda yarışacaqlar.
Azərbaycanı yarışlarda Marina Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova, Fəridə Səfiyarzadədən ibarət qrup hərəkətləri üzrə yığma təmsil edir. Komandamız 5 halqa ilə yarışlarda iştirak edəcək. Fərdi proqramda isə Zöhrə Ağamirova gürzlər və halqa yarışlarında mübarizə aparacaq.
Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.
Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.