UEFA Avropa Liqasının kuboku Gəncə şəhərinə gətirilib.
LİVE.az report-a istinadla verdiyi məlumata görə, bu münasibətlə şəhərin mərkəzi meydanında təntənəli tədbir təşkil edilib.
Burada sakinlər və tədbir iştirakçılarının xüsusi təchiz olunmuş şəkil zonalarında kubokla şəkil çəkdirə bilmələri üçün imkan yaradılıb. Eyni zamanda, gəncəlilər və şəhərin qonaqları əyləncəli konsert proqramını izləyib, həmçinin Bakıda keçiriləcək final oyununa bilet və müxtəlif hədiyyələr qazanmaq üçün keçirilən yarışlarda iştirak edə biləcəklər.
Tədbirə gələn azyaşlılar üçün isə face-art, animatorlar, futbol üzrə ustad dərsləri, oyunlar və digər əyləncələr də nəzərdə tutulub.
Sakinlərin həmçinin Avropa Liqasının final oyununun səfiri Vəli Qasımovla, "Qarabağ" klubu və Azərbaycan millisinin üzvü Qara Qarayevdən avtoqraf alma imkanları da olacaq.
Qeyd edək ki, UEFA Avropa Liqası kubokunun növbəti məkanı mayın 21-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi olacaq.
///
UEFA Avropa Liqasının kuboku Azərbaycanın regionlarına səyahətə yollanıb Bakıda keçiriləcək Avropa Liqasının kuboku Azərbaycanın regionlarına səyahətə yollanıb.
Təşkilat Komitəsindən mediaya verilən məlumata görə, baş mükafat bu gün ölkənin ikinci böyük şəhəri qədim Gəncədə olacaq.
Mayın 21-də isə kubok Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində sərgilənəcək. Dayanacaq məntəqələrində sakinlər və tədbir qonaqları xüsusi təchiz olunmuş şəkil zonalarında kubokla şəkil çəkdirə biləcəklər, həmçinin onları əyləncəli konsert proqramları, Bakıda final oyununa bilet qazanmaq imkanı və digər hədiyyələr gözləyir.
Azyaşlı qonaqlar üçün face-art, animatorlar, futbol üzrə ustad dərsləri, oyunlar və digər əyləncələr hazırlanıb.
Tədbirin daha bir diqqətçəkən məqamı Avropa Liqasının final oyununun səfiri Vəli Qasımov, həmçinin “Qarabağ” klubunun və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyaları olacaq.
UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda yerli vaxtala saat 23:00-da başlayacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının kubok turu – bütün Avropadan futbol azarkeşləri üçün turnirin bir parçası olmaq, fəxri mükafatı yaxından görmək və futbol ulduzları ilə görüşmək üçün unikal imkandır. Bu il kubok turu Cenevrədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva, Parisi ziyarət edib və Azərbaycanın paytaxtı – Bakı şəhərində başa çatıb. Kubok Avropa Liqasının səfiri olan Portuqaliyalı futbolçu Nunu Rikardo tərəfindən şəxsən təhvil verilib.