PA rəsmisi: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var




Azərbaycanda məhkəmə-hüquq sahəsində yeniliklərlə bağlı müvafiq fərman imzalanıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev “Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən məhkəmə islahatları ilə bağlı imzalanan fərmanda əsas istiqamətlərdən biri məhz sahibkarlığın inkişafına şərait yaratmaqdır: "Son dövrdə həyata keçirilən islahatlar bunu deməyə əsas verir ki, məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var. Bütövlükdə fərmanın əsas məqsədi ədalət mühakiməsinin effektivliyinin təmin edilməsi, məhkəmələrin nüfuzunun artırılmasıdır. Fərmanda hər bir sahə üzrə konkret tapşırıqlar verilib. Cinayət mühakiməsi icraatı istiqamətində qanunvericiliyin humanistləşdirilməsinin davam etdirilməsi, prokurorluq və vəkilliklə bağlı konkret tapşırıqlar müəyyən olunub".
Şərhlər
Siyasət bölməsinin xəbərləri