Nazir: "Bu il Azərbaycanda ilk biosfer qoruğunun yaradılmasına başlanılacaq"
- 22.05.2019, 19:40,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq".
Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir qeyd edib ki, bu ildən etibarən Almaniya İnkişaf Bankının maliyyə dəstəyi ilə qoruğun yaradılması işlərinə başlanılacaq.
M.Babayev bildirib ki, ölkədə hazırkı və növbəti illər üçün prioritetlərdən biri ətraf mühitin mühafizəsi və yerli əhalinin rifah halını yaxşılaşdırmaq, onun tələblərini qarşılamaq üçün potensiala malik olan davamlı ekoturizmin inkişaf etdirilməsidir: “Ekoturizmin inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyi ilə birlikdə beynəlxalq ekspertlərin dəstəyi ilə yeni ekoturizm konsepsiyası hazırlanır”.
O həmçinin əlavə edib ki, Hirkan meşələrinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı işlər aparılır.
Report