"Bakı-Qəbələ qatarı gələn ilin yayında istifadəyə veriləcək""Gələn ilin yay aylarından sərnişinlər Bakıdan Qəbələyə sürət qatarı ilə gedə biləcəklər".
“Artıq Ləki stansiyasında başlayaraq 45 km-lik yolun yarısının çəkilişi həyata keçirilib. Bu ilin sonuna torpaq yatağı işləri tam başa çatdırılacaq. Gələn ilin yayına dəmir yolu ilə Qəbələyə getmək mümkün olacaq. Bakıdan Qəbələyə kimi 280 km uzunluğu olan yolu sərnişinlər 2,5 - 3 saata rahat vaqonlarla qət edə biləcəklər”, - C.Qurbanov vurğulayıb.
Cavid Qurbanov: "Bakı-Yalama dəmir yolunun inşasına gələn il başlanılacaq""Sürətli qatarların çəkilməsi ilə bağlı digər bölgələrdən – Quba-Qusar, Lənkərandan tələbat var".
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin “Günün nəbzi” verilişində bildirib.
Onun sözlərinə görə, şimal zonasında bu infrastrukturu qurulması üçün maliyyə vəsaiti ayrılıb. Hazırda “Şahdağ” kurortuna da dəmir yolunun layihələndirilməsi başa çatdırılır.
“Lənkəranda isə torpaqalma işlərini həyata keçiririk və demək olar ki, bu işlər başa çatdırılıb, layihələndirmə işi gedir. Bu işlərdən sonra Dünya Bankından maliyyə cəlb olunması üçün işlərə başlayacağıq. Lənkəranın qoruqdan sonra olan dəniz tərəfində çox böyük turizm potensialı var", - C.Qurbanov vurğulayıb.
Onun sözlərinə görə, Rusiyaya, Yalamaya qədər olan hissəyə isə Asiya İnkişaf Bankı tərəfindən kredit ayrılıb. "Hazırda danışıqlar gedir, şirkətlərin seçilməsi ilə məşğuluq. Gələn ildən buranın inşasına başlayacağıq”, - QSC-nin sədri bildirib.
"Azərbaycana əlavə olaraq 50 sərnişin, 4000-ə yaxın yük qatarı lazımdır"
"Azərbaycana əlavə olaraq 50 sərnişin, 4000-ə yaxın yük qatarı alınması lazımdır".
"Dörd il öncə bu vəzifəyə təyin olunanda vaqon parkında 21 minə yaxın vaqon var idi. Bu vaqonların təyinatlarına görə istismarı 20-30 il arası dəyişir. Bu sahədə heç bir iş görülməmişdi. Acınacaqlı vəziyyət bu idi ki, əgər biz həmin hərəkət heyətini saxlasaydıq bu ilin sonuna bizim istismarı mümkün ola bilən 250 vaqonumuz qala bilərdi”, - C.Qurbanov vurğulayıb.
Onun sözlərinə görə, ölkə başçısını dəstəyi ilə 3100 yük vaqonu alınıb. "Daha sonra “Stadler” şirkətindən 4 vaqondan ibarət 7 qatar almışıq, 2-si də bu il alınacaq. Əlavə bu il 3 qatar sifariş verəcəyik. Bundan başqa, hələ 12 qatarın da alışı nəzərdə tutulub. Əlavə olaraq bizə 50 sərnişin, 4000-ə yaxın yük qatarı lazımdır", - QSC-nin sədri bildirib.