Azərbaycanın çay idxalı ixracını 10 dəfədən çox üstələyib
- 22.05.2019, 19:45,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 2,658 mln. ABŞ dolları dəyərində 419 ton çay ixrac edib.
LİVE.az-ın məlumatına görə, bunu report Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 556 min dollar (17,3%), həcm baxımından isə 58 ton (12,1%) ton azdır.
Eyni zamanda, bu ilin ilk dörd ayında Azərbaycan 16,688 mln. dollar dəyərində 4 377 ton çay idxal edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 817 min dollar (5,1%), həcm baxımından isə 242 ton (5,85%) çoxdur.
Hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,04%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,37%-ni təşkil edib. Bununla da, yanvar-aprel aylarında Azərbaycanın çay idxalı ixracını 10,4 dəfə üstələyib.