Ötən il Bakıda nəqliyyatın idarə edilməsinə 46 mln. manat xərclənib

Ötən il Azərbaycanda pasportların hazırlanmasına 20 mln. manat büdcə vəsaiti xərclənib.

LİVE.az report-a istinadla xəbər verir ki, bu barədə "2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində öz əksini tapıb.

Hesabat dövründə ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığorta xərclərinin ödənilməsinə 10,9 mln. manat, yaşıllıqların salınması, onlara xidmət və landşaft quruluşu işlərinin yerinə yetirilməsi ilə bağlı işlərə isə 8,5 mln. manat xərclənib.

Bundan başqa, Bakıda nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi, nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi və məsləhət xidmətləri haqqının ödənilməsi ilə bağlı 46 mln. manat, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun əməliyyat və texniki xidmət xərcinin ödənilməsinə 29 mln. manat ayrılıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri