İki gün əvvəl dənizdə batan şəxsin cəsədi tapılıb
- 21.07.2013, 16:13,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İyulun 19-da Sumqayıt şəhəri, Corat qəsəbəsində, dənizdə batmış şəxsin cəsədi tapılıb.
APA-nın FHN-in saytına istinadın verdiyi məlumata görə, Corat qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 2 km məsafədə, nəzarətsiz ərazidə) batmış 2004-cü il təvəllüdlü Məmmədov Nurlan Teyyub oğlunun axtarışları başa çatıb.
N. Məmmədovun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 1,5 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.