UEFA "Arsenal"a azarkeşlərinə görə xəbərdarlıq edib

UEFA İngiltərənin "Arsenal" klubuna xəbərdarlıq edib.

"Report"un The Mirror"a istinadən verdiyi məlumata görə, qitə futbol qurumu "Arsenal"ı Bakıda "Çelsi" ilə keçirəcəyi Avropa Liqasının final matçında azarkeşlərini etiraz aksiyalarından çəkindirməyə çağırıb. UEFA oyun zamanı fanatların istənilən protestlərinin qarşısını almaq üçün belə addım atıb.

Bu yöndə artıq müəyyən təcrübə də var. UEFA daha əvvəl Polşanın "Legiya" (Varşava) klubunu azarkeşlərinin oyun zamanı "Futbol yox, pul daha vacibdir" plakatına görə cərimələyib.

Qeyd edək ki, "Arsenal" klubu futbolçusu Henrix Mxitaryanı şəxsi istəyi ilə Bakıya gətirməyəcək. Oyun isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri