Roman Abramoviç Bakıya gəlir


İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gələcək.

LİVE.az xəbərinə görə, bu barədə Report  The Sun nəşrinə istinadən vxəbər verir. Viza problemi üzündən “zadəganlar”ın Londondakı son ev matçlarını tribunadan izləyə bilməyən 53 yaşlı rusiyalı milyarder İsrail vətəndaşlığı alıb.

Bildirilir ki, Abramoviçin Azərbaycan səfərində məqsəd həm “Çelsi”yə dəstək olmaq, həm də kluba sadiqliyini ictimaiyyətə nümayiş etdirmək istəyidir.

Rusiyalı biznesmen 2003-cü ildən "Çelsi"nin sahibidir. İş adamı klubu 140 milyon dollara alıb. Onun rəhbərliyin dövründə London klubu 5 dəfə ölkə çempionu, tarixində ilk dəfə - 2012-ci ildə Çempionlar Liqasının, 2013-cü ildə isə Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçında Londonun digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri