Milli Məclisin sədr müavini: “Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq”
- 24.05.2019, 11:55,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Cümhuriyyət qurucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlarını itirməyiblər".
LİVE.az report-a istinadla xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi üzvlərinin iştirakı ilə keçirilən “Azərbaycan parlamentarizm tarixi: dünəni və bu günü” adlı "dəyirmi masa"da çıxışı zamanı deyib.
O bildirib ki, bu gün Azərbaycan Xalq Cümhuriyyət qurucuları böyük hörmətlə yad edilirlər: “Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq”.
B.Muradova vurğulayıb ki, bu insanların irsini qorumaqla yanaşı, müasir Azərbaycan dövləti də qorunmalıdır: “Azərbaycanda parlamentarizm mədəniyyəti heç də kənardan gəlməyib. Azərbaycanda parlament ənənələri qədimdən mövcud olub”.