"Liverpul" Çempionlar Liqasının finalı üçün biletlərin bölüşdürülməsindən narazıdır




İngiltərənin “Liverpul” klubu UEFA Çempionlar Liqasında bu ölkənin digər təmsilçisi “Tottehem”lə final oyunu üçün biletlərin bölüşdürülməsindən narazıdır.

LİVE.az xəbərinə görə, bu barədə “Report” “Independent” nəşrinə istinadən xəbər verir ki, “qırmızlar” hər bir finalçı üçün ayrılan 16613 biletin az olduğunu düşünürlər. Klubun icraçı direktoru Piter Murun gələn həftə UEFA prezidenti Aleksandr Çeferinlə görüşdə bu məsələni qaldıracağı bildirilir.

Final matçı iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki 67829 nəfərlik “Metropolitano” stadionunda keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl İngiltərənin “Arsenal” klubu UEFA-nı Bakıda keçiriləcək Avropa Liqasının final oyunu üçün az sayda, cəmi 5801 bilet ayırmaqda ittiham edib. Lakin bir müddət sonra “Arsenal” həmin biletlərdən 4500-nü, digər finalçı “Çelsi” isə 3500-nü sata bilib. Onlara ayrılmış biletlərdən satılmayanları Bakıya göndərilib.
Şərhlər
İdman bölməsinin xəbərləri