Komissiyanın həmsədri: “Gürcüstan-Azərbaycan sərhədində razılaşdırılmamış sahələr üzrə hələ heç bir qərar qəbul olunmayıb”
- 25.05.2019, 13:44,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Gürcüstan-Azərbaycan sərhədində bir neçə çətin sahələr var. Hazırkı mərhələdə onların heç biri üzrə qərar qəbul olunmayıb”.
LİVE.az “Report”a istinadla xəbər verir ki, bunu Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.
O xatırladıb ki, sərhədin üçdə bir hissəsi razılaşdırılıb: “Yaxın həftlərdə ekspertlərdən ibarət qrup razılaşdırılmamış hissələrə yerində baxış keçirəcək və bundan sonra komissiya yenidən toplaşacaq”.
L.Darsalia komissiyanın növbəti iclasının bir ay ərzində Tbilisidə keçiriləcəyini qeyd edib.