"Bavariya" Almaniya Kubokunu da qazanaraq "qızıl dubl" edib



“Bavariya” futbolçuları Almaniya Kubokunun finalında “Leypsiq”i məöğlub edib.

LİVE.az xəbər verir ki, görüş Berlindəki “Olimpiaştadion”da keçirilib və Münhen klubun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Bavariya”nın heyətində iki dəfə Robert Levandovski (29 və 85-ci dəqiqələrdə) və 78-ci dəqiqədə Kinqsli Koman fərqlənib.

Bu “Bavariya”nın qazandığı sayca 19-cu Almaniya Kubokudur.
Şərhlər
İdman bölməsinin xəbərləri