Salome Zurabişvili: "Gürcüstan və Azərbaycan 100 il əvvəl Avropanı qabaqlayaraq azadlıq yolunda addım atıb"



"Gürcüstan və Azərbaycan arasında istənilən məsələ yalnız dialoq yolu ilə həll oluna bilər".

LİVE.az Report-a istinadla  xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanın Respublika Günü və Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı bildirib.

S.Zurabişvili Azərbaycan dövlətini və xalqını Respublika Günü münasibətilə təbrik edib.

O, qeyd edib, Gürcüstan və Azərbaycan 100 il bundan əvvəl Avropanı qabaqlayaraq azadlıq yolunda addım atıb.

Dövlət başçısı nəqliyyat baxımından Cənubi Qafqaz bölgəsinin cəlbedici olduğunu qeyd edərək, Azərbaycanla birgə həyata keçirilən iri layihələrin əhəmiyyətindən danışıb.

O, həmçinin qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin vacib hissəsidir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri