Balakən polisi xeyli narkotik məhv edib

Balakən rayonda küllü miqdarda narkotik tərkibli bitki məhv edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.


Məlumatda bildirilir ki, Balakən RPŞ əməkdaşları “Xaş-Xaş-2013” şərti adı altında rayon ərazisində narkotik tərkibli bitkiləri aşkarlayaraq məhv edilməsi istiqamətində növbəti axtarış-əməliyyat tədbiri keçirib.

Keçirilmiş tədbir nəticəsində rayonun Kortala kəndinin inzibatə ərazisində, Zaqatala rayonu ilə həmsərhəddə əkin üçün yararsız olan 0,5 hektara yaxın ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitki olan çətənə kolu aşkarlanıb.

Balakən RPŞ-nın əməkdaşlarının iştirakı ilə ərazidən ümumi çəkisi 1500 kq olmaqla, 2800 ədəd çətənə kolu yığılaraq yandırılma yolu ilə məhv edilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri