Azərbaycanda may ayında körpələrə 28 yeni ad qoyulub - SİYAHI
- 03.06.2019, 23:03,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin may ayı ərzində Azərbaycanda körpələrə qoyulan yeni adlar məlum olub.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova “Report”a açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən ötən ay üzrə daxil olan adlar arasında 28-i yenidir.
Onun sözlərinə görə, may ayı ərzində körpələrə qoyulan adlar sırasında Küşbar, Zeydpəriz, Pərvan, Bəxtişəm, Sucür, Mevriyə, Mətinər, Suel, Lahiqə, Qütbi, Köksal, Kübran, Yasəb, Üzəl, Miladi və s. adlar var.
S.Sadıqova bildirib ki, yeni adlarla bağlı müraciətlərin hamısına müsbət cavab verilib.
Qeyd edək ki, bu ilin may ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən 70 müraciətə baxılıb.