Əsgər Ələkbərov: Qoşa Qala qapılarında restavrasiya işlərinin ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur
- 08.06.2019, 21:37,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İçərişəhərdə Qoşa Qala qapılarında aparılan restavrasiya və konservasiya işlərinin bu ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) İdarə Heyətinin sədri Əsgər Ələkbərov deyib.
Ə.Ələkbərov bildirib ki, son dəfə bu divarlar 50-ci illərdə restavrasiya olunub: "Ona görə də yeni bərpanın vaxtı idi. Mövcud abidənin olduğu kimi saxlanılaraq bərpasına üstünlük verilir.
Bu il üçün həm də Qoşa Qala meydanında yerləşən Bakı Xanları Evi Kompleksinin yekunlaşması da nəzərdə tutulub”.
Onun sözlərinə görə, gələn il Buxara və Moltane karvansaralarının restavrasiya və konservasiyası planlaşdırılır. Eyni zamanda yaşıl aptek kimi tanınan Qasım bəy hamamının da bərpaya ehtiyacı var:
“Lakin yekun tarix gələn ilki dövlət büdcəsinin təsdiqindən asılıdır. Qoşa Qala divarlarının tamamilə bərpası uzun müddət tələb edir. Ən azı 10 ilə yaxın vaxt lazımdır".