Sədr: İçərişəhərdə istisna hallarda tikintiyə icazə verilə bilər, ümumilikdə isə tikinti işləri qadağandır
- 08.06.2019, 21:48,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İçərişəhərdə istisna hallarda tikintiyə icazə verilə bilər, ümumilikdə isə tikinti işləri qadağandır.
Bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, İçərişəhər daxilində tikinti-bərpa işlərinə icazə birbaşa idarə tərəfindən verilir:
"İçərişəhərdə tikintiyə icazə yoxdur. Lakin 2008-ci ildə təsdiq edilən qaydalara uyğun olaraq bəzi şərtlər altında bərpa işlərinə icazə verilir. Bundan başqa yalnız qəzalı olan binanın köhnə tipologiyasının qorunması şərtilə təmirinə icazə verilir. Başqa heç bir halda hər hansı tikinti işlərinin aparılmasına yol verilmir”.
Trend